“Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşün yeri və tarixini yaxın vaxtlarda razılaşdıracaqları barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin və Ərdoğan, birincisi, bu görüşün harada keçiriləcəyi, ikincisi, vaxtı barədə dəqiq qərar vermək üçün yaxın gələcəkdə razılığa gəliblər. Bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək”, - deyə Peskov bildirib.
Peskov qeyd edib ki, iki prezidentin planlaşdırılan görüşünün gündəliyinə Ukraynada nizamlanma və taxıl sazişinin uzadılması, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi mövzuları daxil olacaq.