
Fransada qızmar istilər səbəbiylə ilk təsbitlərə görə 7-13 iyul tarixlərində 80 nəfər həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, statistik araşdırmalara görə istilərdən ölənlərin sayının artacağı proqnozlaşdırılır.
Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) və Fransa Meteorologiya İdarəsinin məlumatlarına görə, ölkədə 2050-ci ilə qədər hər yay 16-29 gün ərzində normaldan daha isti olacaq.
Bildirilir ki, bu yay ölkədə qeydə alınan “rekord istilər” iqlim dəyişikliyi səbəbindən daha yüksək səviyyələrə qalxacaq və riskli olacaq.