
“Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü və Hərəkatın İşçi Masasının sədri Afiəddin Məmmədov həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə təqsirli bilinib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.