
Azərbaycanda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısı iki üsulla seçiləcək.
Yeniavaz.com xəbər verir ki, bu üsullar Prezident İlham Əliyevin təsdiq etdiyi "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nda öz əksini tapıb.
Qaydaya görə, istehsalçı həm hərrac yolu ilə, həm də birbaşa seçilə biləcək.
Belə ki, hərraclarda minimum 2 iştirakçı olduqda bu proses başa çatmış hesab ediləcək. Amma dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələrdə seçim birbaşa cəlbetmə üsulu ilə olacaq. Bunun üçün aidiyyəti qurum istehsalçı ilə birbaşa danışıqlar aparacaq və razılıq üçün dövlət başçısına müraciət edəcək.
***17.47
Prezident İlham Əliyev “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nı təsdiq edib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Energetika Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz