Büdcədən Qarabağın bərpası üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlandı


Bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərə ümumilikdə 5,3 mlrd. manat vəsaitin ayrılması nəzərdə tutulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2260,0 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsi vəsaitinin 5260,0 milyon manata çatdırılması nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top