Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyasının tərkibi genişləndirildi


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi dəyişib.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında öz əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə daxil edilib.

Xarici İşlər Nazirliyi edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə bildiriş göndərəcək.

DİGƏR XƏBƏRLƏR

Top