Azərbaycan-Rusiya hökumətlərarası Dövlət Komissiyasının tərkibi dəyişdirildi


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi dəyişib.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında öz əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri komissiyanın tərkibinə daxil edilib.

Xarici İşlər Nazirliyinə edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top