Ruslar Sumını bombaladı - Ölənlər var


Rusiya ordusuUkraynanın Sumı vilayətinə raket zərbələri endirib.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, ruslar buradakı təhsil ocaqlarından birini vurublar.
Sumı Şəhər Şurasının məlumatına görə, iki ukraynalı həlak olub, 20 nəfər yaralanıb.
"Rusiya terrorçuları Sumıda təhsil müəssisəsinə raket hücumu həyata keçiriblər. Hadisə yerində bütün lazımi xidmətlər işləyir", - Sumı vilayət hərbi administrasiyasından bildirilib.
Qeyd olunub ki, hazırda dağıntıların çıxarılması və əhalinin təxliyyəsi istiqamətində tədbirlər davam etdirilir:
“Fövqəladə Hallar Nazirliyinin 36 əməkdaşı və 7 texnikası, bir o qədər də bələdiyyə texnikası işləyir. 13 nəfərə müvəqqəti yaşayış yeri verilib. Raket zərbələri nəticəsində 2 nəfər həlak olub, 20 nəfər yaralanıb”.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci(Müharibə qanunlarının və adətlərinin pozulması) madddəsi ilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top