
İyulun 30-na keçən gecə Ukrayna kamikadze pilotsuz uçan aparatlarla Moskva və Krıma hücum edib.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, paytaxtda PUA-lardan biri “Moskva Siti”, digəri isə “Oko-2” göydələninin ərazisinə düşüb.
Qeyd olunur ki, Krımda bütün kamikadze PUA-lar hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, itki və dağıntı yoxdur.
Sosial şəbəkələrdə paytaxta düşən dronların görüntüləri əks olunub.