Türkiyədə avtobus qəzasında ölənlərin sayı açıqlandı - Yenilənib


Qəzada ölənlərin sayı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 22 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara çatdırılıb.

***10:58
Türkiyədə xeyli sayda insanın ölməsinə və yaralanmasına səbəb olan qəza meydana gəlib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Qars vilayətində baş verib.
Belə ki, Ərzurumdan Qars istiqamətində hərəkət edən sərnişin avtobusu Sarıqamış rayonunun Karakurt kəndinin girişində 50 metr yüksəklikdən dərəyə aşıb.
Əraziyə dərhal səhiyyə, axtarış-xilasetmə və jandarma qrupları cəlb edilib.
Qeyd olunur ki, qəza nəticəsində xeyli sayda insan dünyasını dəyişib.
Yaralıların ərazidən çıxarılması üçün tədbirlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top