İsrailin paytaxtı Təl-Əvivdə minlərlə insan baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qaydalarına etiraz etmək üçün toplaşıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, nümayişçilər əllərində İsrail bayraqları və hökumət əleyhinə pankartlarla mərkəzi küçələr doğru irəliləyiblər.
Təl-Əviv, Qərbi Qüds, Hayfa, Birussebi, Herzliya və Rehovot kimi şəhərlər başda olmaqla, ölkə daxilində onlarla fərqli nöqtədə nümayişlərə yüz minlərlə israilli qatılıb.
Ölkənin müxtəlif yerlərində keçirilən nümayişlərə müxalifət liderləri də qatılıb.
Xatırladaq ki, İsraildə Ali Məhkəmənin icra hakimiyyətinə nəzarətini məhdudlaşdıran qanun layihəsi müxalifətin reaksiyalarına baxmayaraq, bazar ertəsi parlamentdə təsdiqlənib.
Ali Məhkəmə isə qanunun ləğvi ilə bağlı müraciətlərə sentyabrda baxacağını açıqlayıb.
Qeyd edək ki, etirazlar artıq 30 həftədir davam edir.