
Sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb:
“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”.
Tətbiqimizi yükləyə bilərsiniz