
Rusiya qoşunları Dneprdə çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko məlumat verib.
Zərbə nəticəsində 5 nəfər yaralanıb.
Xilasedicilər və polis hadisə yerindədir.
KİV həmçinin bildirir ki, rus qoşunları Dneprdə Ukrayna Təhlükəsizlik Xidmətinшn regional idarəsinin binasına zərbə endirib. Bu məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib.
Tətbiqimizi yükləyə bilərsiniz