"Qalatasaray" İkardini transfer etdi


Türkiyənin "Qalatasaray" klubu ötən mövsüm icarə əsasında sarı-qırmızılı forma geyinən argentinalı hücumçu Mauro İkardinin transferi üçün danışıqlara başladığını açıqlayıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücumçu ilə klub arasında üç illik müqavilə imzalanacaq.
Bildirilir ki, argentinalı ulduz "Cim-bom"a 26 milyon avroya başa gələcək. Burada 10 milyon avro Fransa klubuna ödəniləcək. Futbolçu illik 5.3 milyon avro məvacib alacaq.
Qeyd edək ki, İkardi ötən mövsüm 24 matçda 22 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top