Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Babək Elbəniz oğlu Hüseynov, Anar Fərruh oğlu Məmmədov, Əfqan Elçin oğlu İsayev, Ziba Tacəddin qızı Mustafayeva və Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunub.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.