İcra başçısının qardaşını oğlu qətlə yetirib? - İddia


Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb.
Bildirilir ki, polis cinayətin üstünü açıb.
İddiaya görə, Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

***
Baş Prokurorluq məsələ ilə bağlı mediaya çağırış edib.
Qurumdan bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur.
"Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur", - məlumatda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top