Dünya çempionu 37 yaşında karyerasını bitirdi


"Real Sosyedad"ın yarımmüdafiəçisi David Silva karyerasını başa vurub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi öz Tvitter hesabında məlumat yayıb.
Silva bu qərarı mövsümöncəsi məşq zamanı dizindən aldığı zədə səbəbindən verib.
Qeyd edək ki, karyerası boyunca Silva dörd dəfə Premyer Liqanın qalibi olub. "Valensiya" və "Real Sosyedad"ın tərkibində bir dəfə İspaniya kubokunu qazanıb. İspaniya millisində David 125 oyun keçirib və 35 qol vurub. Silva həmçinin iki dəfə Avropa çempionu və bir dəfə dünya çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top