"Böyük Britaniya Rusiya milyarderlərinə pul xərcləməyə icazə verir" - NYT


Böyük Britaniya hakimiyyəti sanksiyaya məruz qalan rus milyarderlərinə dondurulmuş hesablardan yüz minlərlə dollar xərcləməyə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, sanksiya altında olan iş adamlarına pullar dondurulmuş hesablardakı aktivlərin bir hissəsindən istifadə etməyə icazə verən lisenziyalar əsasında verilir.
Qəzet yazır ki, bəzi hallarda rusiyalı iş adamlarına ildə bir milyon dollardan çox pul xərcləməyə icazə verilib.
Bildirilir ki, "Alfa-Bank"ın təsisçilərindən biri olan Mixail Fridman müharibənin birinci ilində 19 işçidən ibarət ev personalını saxlamaq üçün lisenziya alıb. Onların on ay ərzində saxlanması Fridmana 300 min funt sterlinqə (təxminən 400 min dollar) başa gəlib.
Bundan əlavə, Fridman ötən il "ailəsinin əsas ehtiyaclarını" ödəmək üçün aylıq yeddi min funt-sterlinq (təxminən doqquz min dollar) müavinət alıb.

DİGƏR XƏBƏRLƏR

Top