Priqojin Putinin iştirakı ilə keçirilən sammitə gedib? - Foto


İyunun sonunda Rusiyada silahlı üsyana cəhd edən "Vagner" PMC-nin təsisçisi Yevgeni Priqojinin ölkə başçısı Vladimir Putinin iştirakı ilə keçirilən sammitdə görüntüləndiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, Mərkəzi Afrika Respublikasındakı "Rusiya Evi"nin rəhbəri Dmitri Sıtıy Priqojinin Mərkəzi Afrika Respublikasının nümayəndəsi ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Sıtıy iddia edir ki, foto Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində çəkilib.
"Fontanka" nəşri isə bildirir ki, foto Priqojinlər ailəsinə məxsus "Trezine" otelində çəkilib.

DİGƏR XƏBƏRLƏR

Top