
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi yay fəslində maşın və piyada hərəkətliyinin intensivliyinin artması ilə əlaqədar İstehsalat Birliyi və Daxili işlər Nazirliyinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi şəhərin Xaldan şossesi, Şərq girəcəyi qapısından Bayraq Meydanına qədər olan şosse yolda, yol cizgilərinin və piyada keçidi xətlərinin rənglənməsi işlərini davam etdirir.
Yeniavaz.com xəbər verir ki, şəhərin həmçinin Gəncə şossesi, Qərb istiqamətində giriş qapısında adlı lövhənin metal konstruksiyasının yenidən rənglənməsi, ərazinin ot-alaqdan, Kür çayı sahilinin yosunlardan, Heydər Əliyev prospektinin ot-alaq, məişət tullantılarından təmizlənməsi işləri yerinə yetirilib.
Həyata kəçirilən tədbirlərdən fotoları təqdim edirik:




Esmira Hidayətova, Mingəçevir