Rusiyada Mi-8 təyyarəsi qəzaya uğradı - 6 nəfər öldü


Rusiyanın Altay Muxtar Respublikasında göyərtəsində sərnişinlərin olduğu Mi-8 helikopteri elektrik xəttinə dəyərək qəzaya uğrayıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, hadisə Mi-8 helikopteri Ust-Koksinski rayonunun Tyunqur kəndinə eniş edərkən baş verib.
Qeyd olunub ki, hadisə baş verən zaman təyyarədə 13 nəfər olub - onlardan 6-sı yerindəcə ölüb, daha 7-si yaralanıb.
Üç nəfərin vəziyyətinin isə ağır olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyi helikopterin qəzaya uğradığını təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top