Həkimlər və aparıcıların adından istifadə edib dələduzluq edən şəxs tutuldu – Video


Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkələrdə səhifələri olan həkimlər və televiziya aparıcılarının adından istifadə edərək onların dostluğunda olan şəxslərə qarşı dələduzluq edən Lənkəran şəhər sakini Kəlbihüseyn Abuşov saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxs ifadəsində sosial şəbəkələrdə həkimlərin və aparıcıların adından istifadə etdiyini və onların tanışlarının etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını deyib:
“Araşdırmalar zamanı saxlanılan şəxsin, həmçinin televiziyaların birində efirə gedən verilişdə qonaq kimi iştirak etmək istəyən həkimləri, guya onların həmin kanalda çıxışını təşkil edəcəyi adı altında aldaraq pul vəsaitlərini ələ keçirdiyi də müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq etdiyindən barəsində Cinayət işi mövcuddur və hazırda iş məhkəmə baxışındadır. K.Abuşovun etdiyi sonuncu hüquqazidd əməllər barəsində toplanmış material da baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Abuşov həbs edilib. Araşdırmalar davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top