İordan çayının qərb sahilindəki Kalkiliya şəhərinə basqın edən İsrail əsgərlərinin bir uşağı başından güllələyərək öldürdükləri bildirilir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələrinin gülləsindən başından ağır yaralanan uşaq xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib.
Uşağın kimliyi və yaşı barədə məlumat verilməyib.
Hadisə şahidlərinin sözlərinə görə, İsrail əsgərləri gecə saatlarında Kalkiliya şəhərinin qərb hissəsindəki Nakkar bölgəsinə basqın ediblər.
İsrail əsgərləri daş və molotov kokteyli ataraq basqının qarşısını almaq istəyən fələstinli gənclərə plastik güllə və gözyaşardıcı qazdan istifadə edərək cavab verib.