
Çörəklə bağlı miflər çoxdur, çoxları ağ çörəyin zərərli olduğuna inanıb, qara çörəyə keçib. Bir çoxları isə daha da irəli gedərək bu qidadan tam imtina edib.
Yeniavaz.com "Medicina"-ya istinadən xəbər verir ki, dietoloq Vasilisa Ponamaryovanın sözlərinə görə, çörəyin tərkibində sağlamlığınıza və rifahınıza mənfi təsir göstərə biləcək bəzi maddələr var:
- Qlüten
- Şəkər
- Süni dadlandırıcılar
- Konservantlar
- Fitatlar
- Glifosat
Çörək yemədikdə orqanizmdə bu dəyişikliklər baş verir:
- Qlütenə qarşı dözümsüzlüyün fəsadları aradan qalxır: Bir çox insan qlütenə qarşı allergikdir və ya dözümsüzdür. Çörək yeyəndə həzm sistemində bu qıcıqlanma və iltihaba, həmçinin qazın yığılmasına səbəb olur. Belə adamların bağırsağında xroniki iltihabi proseslər başlayır.
- Daha az beyin dumanı: Başınız daha az ağrıyacaq, yaddaşınız yaxşılaşacaq.
- Əhval-ruhiyyə yaxşılaşacaq: Daha az depressiv əhval-ruhiyyədə olacaqsınız. Bu, xoşbəxtlik hormonu serotoninin bağırsaqlarda istehsal olunması ilə bağlıdır. Bağırsaqlar yaxşı vəziyyətdə olduqda, istehsal da yaxşılaşır.
- Daha az iltihab və ağrı: Bədəninizdə daha az iltihab və ağrı olacaq, bu xüsusilə artrit, osteoartrit, əzələ ağrısı və ya otoimmün xəstəliklərə aiddir.