"2022-ci ildə Krım körpüsünü biz partlatmışıq" - Təhlükəsizlik Xidmətinin rəhbəri


"2022-ci ilin oktyabrında Krım körpüsündə baş vermiş partlayış Ukrayna Təhlükəsizlik Xidmətlərinin tətbiqlərindən biridir".
Yeniavaz.com
"RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk deyib.
"Bir çox müxtəlif xüsusi əməliyyatlar olub. Qələbədən sonra onların bəziləri haqqında danışa biləcəyik, bəziləri haqqında ümumiyyətlə danışmayacağıq... Keçən il oktyabrın 8-də Krım körpüsünün dağıdılması bizim həyata keçirdiyimiz tədbirlərdən biridir", - Malyuk bildirib.
Qeyd edək ki, Krım körpüsündə partlayış 2022-ci il oktyabrın 8-də səhər saatlarında baş verib. Körpünün üzərində yük maşını partlayıb, bundan sonra körpünün dəmir yolu hissəsində yanacaq çənləri yanıb. Rəsmi məlumatlara görə, dörd nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top