"Qalatasaray"ın sabiq futbolçusu və məşqçi heyətinin sabiq üzvlərindən Necati Ateş Fatih Terim üçün gələn təklifləri açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, N. Ateş daha əvvəl məşqçi heyətində çalışdığı Fatih Terimin yenidən komanda idarə etmək istədiyini bildirib.
O, Terimin hər zaman gündəmdə olduğunu və məşqçilik karyerasını bitirmək istəmədiyini deyib:
"Məşqçi kimi fəaliyyət göstərmədiyi vaxtlarda da onu tənqid edənlər olub. Fatih Terim heç vaxt deməyib ki, mən məşqçilik karyeramı başa vurmuşam. Fatih Hocanın hələ də məşqçilik etmək istədiyini bilirəm".
Necati Ateş Terimin Türkiyədə yalnız "Qalatasaray" və milli komandada çalışacağını bildirib:
"Azərbaycandan və Qətərdən tez-tez təkliflər gəlir. İtaliyadan da təkliflər ola bilər. Siz “Fiorentina” əfsanəsindən danışırsınız. Bilmək olmaz, hər an təklif gələ və o, yenidən vəzifəsinə başlaya bilər".