Lavrova ""Dağlıq Qarabağ" sözünü işlətmə" dedilər – Video


Xəbər verdiyimiz kimi, ötən gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, görüş baş tutan ərəfədə maraqlı anlar yaşanıb.
Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun yanındakı şəxs ona “Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini işlətməməsini məsləhət görüb:
“Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” termini azərbaycanlıların xoşuna gəlməyə bilər. Biz gizlincə ermənilərə ötürərik”.
Köməkçisi ilə Lavrov arasındakı dialoq mikrofonlar açıq olduğundan kameralara yansıyıb.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top