Ventilyator qarşısında yatmaq təhlükəlidir


İsti yay gecələrində gözlərini yuma bilmək üçün bir çox insan çarpayının yanında ventilyator qoyur.
Yeniavaz.com "Medicina"ya istinadən xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, ventilyator sərin hava təmin edə bilər, lakin o, otaqda polen və tozu da çoxalda bilər. Allergiya və astması olan insanlar üçün bu təhlükəlidir.
Həkim bildirib ki, yuxu zamanı ventilyator istifadəsinin digər zərərli tərəfi dəri və burun selikli qişasının qurumasıdır:
"Onlar çox qurudursa, bədən artıq selik istehsal edə bilər. Nəticədə özünüzü xəstə hiss edəcəksiz.
Ventilyatorların istifadəsi əzələ spazmlarına da səbəb ola bilər. Səhər insan sərtlik və ya əzələ ağrısı ilə oyana bilər.
Bu problem xüsusilə üzünə və boynuna yaxın ventilyatorla yatan insanları narahat edir.
Əgər səhərlər boyun tutqunluğu ilə oyanırsınızsa, bunun səbəbi vintilyatorun işlək vəziyyətdə olması ola bilər".

DİGƏR XƏBƏRLƏR

Top