Qırğızıstan-Tacikistan sərhədində gərginlik


Qırğızıstanla Tacikistan sərhədində növbəti gərginlik yaşanıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, münaqişə iyulun 24-də axşam saatlarında baş verib.
Belə ki, Tacikistanın Vorux kənd sakinlərinin səkkiz avtomobildən ibarət toy korteji İsfara şəhəri istiqamətində hərəkətdə olarkən, bu zaman sərxoş halda avtomobil idarə edən Qırğızıstan vətəndaşı kortejin qarşısını kəsərək Tacikistan vətəndaşlarına daş atmağa başlayıb.
Münaqişədən sonra hər iki ölkənin hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə gələrək danışıqlar aparıb, nəticədə insident aradan qaldırılıb. 
Nəticədə üç avtomobilə ziyan dəyib, dörd Tacikistan vətəndaşı isə yüngül xəsarətlər alıb.
Xatırladaq ki, bundan əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi sərhəddəki münaqişə ilə bağlı məlumat yayaraq bildirib ki, Tacikistan vətəndaşları münaqişə yerinə gələn Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşına hücum ediblər.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu demək olar ki, 980 kilometrdir. Sovet İttifaqının dağılmasından sonra hər iki ölkə arasında bir sıra mübahisəli ərazilər qalıb. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesi aparılır.
Qeyd edək ki, iki ölkənin sərhədyanı ərazilərində yaşayan yerli sakinlər arasında vaxtaşırı münaqişələr yaşanır.

DİGƏR XƏBƏRLƏR

Top