İsmayıllı şəhərində baş verən yanğın söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***13:18
İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.
Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.
Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.
Məlumata görə, indiyədək ərazidə 2 ev və 3 mağaza yanıb.
Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğın davam edir.