
“TikTok” mikrobloq formatına uyğun məzmun paylaşmağa imkan verən yeni funksiyasını təqdim edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, artıq istifadəçilər yalnız mətn yazıları da paylaşa bilərlər.
Belə ki, istifadəçilər yalnız mətn məzmunu, həmçinin video və foto seriyalar yarada və dərc edə biləcəklər.
Mətn yazılarını “Instagram” hekayələrindəki yazılara bənzər formada - fon rəngi, şrift üslubu, musiqili etiketlər daxil olmaqla yaratmaq mümkün olacaq. Yazılar min simvolla məhdudlaşacaq.
Xatırladaq ki, “TikTok”dan əvvəl Meta “Instagram”a bağlı mikrobloq platforması olan “Threads”ı təqdim edib.