Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?


Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hirometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top