Türkiyədə 5,5 bal gücündə zəlzələ oldu


Türkiyənin Adana vilayətində 5,5 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, təbii fəlakət vilayətin Kozan rayonunda qeydə alınıb.
Osmaniye və Qaziantep vilayətlərində də sarsıntılar hiss olunub.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələ 11,27 kilometr dərinlikdə baş verib.

DİGƏR XƏBƏRLƏR

Top