Dünən səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyə olunublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilir ki, onlar hazırda polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.