Qubad İbadoğlu barəsində həbs qərarı verildi


Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onu tanıyanlar sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Xatırladaq ki, ADR Hərəkatının sədri Q. İbadoğlu ötən gün daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daha sonra isə onun ofisində axtarış aparılıb.
Hərəkat sədri Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top