Ağdamın “Qarabağ” futbol klubunun ikinci kapitanı Qara Qarayev komandadan ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
“Qara Qarayevə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”, - açıqlamada bildirilib.
Qeyd edək ki, futbolçu 2011-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışıb. Onun müqaviləsinin müddəti 30 iyun 2023-cü ildə başa çatıb. Klub Qarayevin müqaviləsinin müddətini uzatmayıb.