Naxçıvanda bu qurumda yoxlamalar aparıldı – İşdən çıxarılanlar var


Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar aparılıb və bir çox qanun pozuntuları aşkar edilib.Aparılan araşdırmaya əsasən məlum olub ki, Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin kompüter operatoru Birliyin digər bir qrup işçisi ilə birgə müəssisədə müəyyən maraqlar əsasında müəssisənin normal iş rejimini pozub, təsirində saxladığı şəxslərlə birlikdə Birliyin həkim və digər işçilərinə qarşı fiziki, psixoloji təzyiqlər göstərərək cinayət xarakterli əməllərə yol verib.
Yeniavaz.com
NUHÇIXAN-a istinadən xəbər verir ki, həmin işçilərin cinayət xarakterli əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti sənədlər Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib.
Bütün bu faktlar nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Samiq Sadıxovun müvafiq əmri ilə sözügedən şəxslər tutduğu vəzifədən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top