Moskvaya dronlarla hücum olub - Nə məlumdur?


İyulun 24-də səhər saatlarında iki Ukrayna pilotsuz təyyarəsi Moskvaya hücum edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, nəticədə xəsarət alan və ciddi dağıntı olmayıb.
Rusiya Federasiyasının Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, dronlarla paytaxtdakı obyektlərə hücum cəhdinin qarşısı alınıb.

Nə baş verib?
Pilotsuz təyyarənin qalıqları Moskvanın Komsomolski prospekti, ev 17- ünvanının yaxınlığında tapılıb;
Daha sonra ikinci pilotsuz uçuş aparatının paytaxtın Lixaçov prospektində biznes mərkəzinin 17 və 18-ci mərtəbələrini vurması məlum olub. 50 kvadratmetr sahədə şüşə qırıqları var.

Hakimiyyətin reaksiyası
Moskva meri Sergey Sobyanin iki qeyri-yaşayış binasına dron zərbələrinin səhər saat 4 radələrində qeydə alındığını təsdiqləyib;
Mer bildirib ki, ciddi dağıntı və tələfat yoxdur;
Rusiya Müdafiə Nazirliyi bildirib ki, “Kiyev rejiminin terror aktı törətmək cəhdi” dayandırılıb, elektron döyüş texnikası obyektlərə hücum etməyə cəhd edən iki Ukrayna pilotsuz uçan aparatının qarşısını alıb.

İndiki vəziyyət
Hazırda Komsomolski prospekti ilə rayona doğru nəqliyyat vasitələrinin hərəkəti əngəllənib;
Lixaçev prospekti ilə də nəqliyyatın hərəkəti kəsilib;
Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir.

DİGƏR XƏBƏRLƏR

Top