"Ukrayna F-16 qırıcılarını alacaq" - Blinken


“Ukrayna F-16 qırıcılarını alacaq, lakin onların çatdırılması bir neçə ay çəkəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu bazar günü ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
Dövlət Departamenti rəhbərinin sözlərinə görə, F-16 ilə bağlı qərar sabah verilsə belə, onların Ukraynadakı döyüşlərdə tətbiqi bir neçə ay çəkəcək:
“Söhbət təlim, texniki xidmət, birləşmiş silah əməliyyatlarında istifadə imkanlarının yaranmasından gedir. Bütün bunlar vaxt tələb edir”.
“Onları qəbul edərkən lazımi qaydada təlimlərin keçirilməsinə, bu təyyarələrə xidmət göstərə bilmələrinə və onlardan ağıllı istifadə etmələrinə diqqət yetirmək vacibdir”, - Blinken vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top