"Ruslar azsaylı xalqların nümayəndələrini Luqanska köçürürlər"


Ukraynanın Luqansk vilayətinin keçmiş rəhbəri Sergey Qayday deyib ki, vilayətin müvəqqəti işğal olunmuş ərazisində çox az sayda yerli əhali qalıb.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, o, Rusiya Federasiyası ərazisindəki azsaylı xalqların nümayəndələrinin kütləvi şəkildə Luqanska köçürüldüyünü bildirib.
Qayday deyib ki, əvvəllər  məhbuslar cəbhəyə göndərilməzdən əvvəl təlim keçmək üçün Luqansk vilayətinə gətirilirdi:
"Son vaxtlar müvəqqəti işğal olunmuş Luqansk vilayətinin yaşayış məntəqələrində, xüsusən Severodonetsk və Rubijne kimi böyük şəhərlərdə daha çox yerli olmayan insanlar peyda olur. Ruslar bu şəhərlərə Rusiya Federasiyasındakı azsaylı xalqların nümayəndələrini köçürürlər”.

DİGƏR XƏBƏRLƏR

Top