Mask "Twitter"in loqosunu dəyişir - Foto


“Twitter”in sahibi İlon Mask sosial platformanın loqosunda dəyişiklik ediləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu gün səhər “Twitter”də müvafiq yazı dərc edib.
"Tezliklə biz “Twitter” brendi ilə və tədricən bütün “quşlarla” vidalaşacağıq", - deyə Mask bildirib.
O qeyd edib ki, yeni loqo bazar ertəsindən etibarən təqdim oluna bilər:
 “Əgər bu axşam kifayət qədər yaxşı bir “X” loqosu dərc olunarsa, biz onu sabah bütün dünyada yayımlayacağıq”.
Mask həmçinin yeni loqo layihəsini də sosial şəbəkə hesabında dərc edib.
Bu, qara fonda yanıb-sönən “X” işarəsidir.

Qeyd edək ki, Mask altı aydan çoxdur ki, aldığı “Twitter” sosial şəbəkəsində islahatlar aparmağa çalışır.

DİGƏR XƏBƏRLƏR

Top