Beyinə ən böyük pislik onu işlətməməkdir...


Bu gün - 22 iyul Ümumdünya Beyin Günü kimi qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər üç nəfərdən biri həyatı boyu nevroloji xəstəlik keçirəcək.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ən çox rast gəlinən beyin xəstəliklərinə miqren, insult, demans, epilepsiya, Parkinson və dağınıq skleroz (MS) daxildir.
Bu xəstəliklərin əlilliyə səbəb ola biləcəyi və əlillərin beyin sağlamlığına diqqət etmələrinin əhəmiyyəti vurğulanır.
Beyin sağlamlığının qorunmasında təsirli olan amillər arasında damar və ürək sağlamlığı, qan təzyiqi, şəkər xəstəliyi, yüksək qan yağları, piylənmə, hərəkətsizlik, stress, yuxu müddəti və keyfiyyətinin az olması, pəhriz var. Siqaretdən uzaq durmaq və spirt içməmək də vacib amillərdir.
Beyin üçün faydalı olan qidalar arasında yarpaqlı göyərti, pomidor, qatıq və yağlı balıq diqqət çəkir. Altsheymer xəstəliyində beta-amiloidin omeqa-3 yağ turşuları ilə azaldığını iddia edən bəzi araşdırmalardan da bəhs edilir.

DİGƏR XƏBƏRLƏR

Top