Göldə batan uşağı xilas edən polis həyatını itirdi


Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
"Bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər", - məlumatda deyilir.
Bildirilir ki, məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top