MDU ictimaiyyətə hesabat verdi - Fotolar


Mingəçevir Dövlət Universitetində (MDU) tədris ilinin yekunlarına dair geniş ictimayyətə hesabat verilib.
Yeniavaz.com
xəbər verir ki, təhsil ocağının rektoru Şahin Bayramov hesabat çıxışında MDU-nun yeni dövrün universitetinə çevrilməsi stratejli hədəfinə çatmaq yolunda hesabat dövründə həyata keçirilən fəaliyyətlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
Rektor bildirib ki, təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən, yeni dövrün universitetinə çevrilməyi strateji hədəf olaraq müəyyən edən Mingəçevir Dövlət Universitetində idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması prosesi 2022/2023-cü tədris ilində də davam etdirilmişdir. Rektor İdarəetmədə prioritetlər və əsas nəticələr, təhsil alanların və təhsil verənlərin potensialının inkişafı, “Heydər Əliyev xatirələrdə” layihəsi, Sosialyönümlü fəaliyyətlərin genişləndirilməsi, Vətənpərvərlik məzmununun prioritetliyi, tələbə həyatının çoxşaxəliliyi mövzularında ayrı-ayrılıqda ətraflı məlumat verib.
İctimai hesabatlılıq və cəmiyyətə faydalılıq yanaşması əsasında təşkil edilən tədbirdə MDU İctimai Nəzarət Şurasının üzvüləri, Mərkəzi Aran Regional təhsil idarəsinin rəhbərliyi, orta məktəb direktorları, MDU-nun tərəfdaşlıq etdiyi dövlət və özəl qrumların rəhbər şəxsləri, gənclər təşkilatları, QHT nümayəndələri, media nümayəndələri və Mingəçevir ictimayyətinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən ictimayyət nümayəndələri hesabatı yüksək qiymətləndirib, MDU-nun 2022-2023 tədris ilindəki fəaliyyətinin nəticələrinə dair müsbət fikirlər bildiriblər.
Sonda rektor Şahin Bayramov universitet fəaliyyətinin mətbuatda işıqlandırılmasında fəal iştirak etdiyinə görə bir qrup jurnalisti təşəkkürnamə ilə təltif edib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top