
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Rusiyanın xarici işlər orqanlarının rəhbərləri Ceyhun Bayramov və Sergey Lavrovla görüşdə iştirak edəcək".
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
"Nazir Mirzoyan Moskvaya görüşə gedəcək. Digər təfərrüatlar daha sonra veriləcək", - Badalyan bildirib.