
İtaliyada, Siciliya sahillərində balıqçı qayığında 5,3 ton ağırlığında, 850 milyon avro dəyərində kokain aşkar edilərək götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın ANSA nəşri məlumat yayıb.
Məlumata görə, gəmidəkilərdən beşi ekipaj üzvü (İtaliya, Fransa, Albaniya, Tunis vətəndaşları) olmaqla, 20 nəfər həbs edilib.
Bundan əlavə, Palau bayrağı altında narkotik daşıyan ticarət gəmisində daha 15 nəfər saxlanılıb. Onların arasında Azərbaycan, Ukrayna və Türkiyə vətəndaşları da var.
Saxlanılanların hamısı maliyyə polisi tərəfindən Palermo limanına aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz