Bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.
***14:37
“Vətən” şirkətinə məxsus “İsuzu Citibus” markalı 99JU545 dövlət qeydiyyat nişanlı 46 nömrəli avtobusda partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, hadisə Köhnə Günəşli qəsəbəsində, avtobusun sonuncu dayanacağında qeydə alınıb.
Partlayışdan sonra avtobus tamamilə yanıb.
Hadisə zamanı nəqliyyat vasitəsinin içində sərnişin olmadığı bildirilir.