Ermənistan nümayəndələri ilə görüş Azərbaycanın bu rayonunda keçiriləcək


Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının iclasları sərhədin müxtəlif hissələrində keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Baş nazirin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.
Məlumata görə, tərəflər növbəti görüşün təşkili üçün məkan kimi bir-birinə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə onlar Tavuş və Qazax rayonu ərazisində görüşün keçirilməsi barədə razılığa gəliblər.
“Tərəflərin qarşılıqlı razılığı ilə hər dəfə dövlət sərhədinin müxtəlif ərazilərində görüşlərin keçirilməsi qərara alınıb”, - məlumatda deyilir.
Xatırladaq ki, bundan əvvəl, iyulun 12-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin dördüncü görüşündə bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top