Fransa hökumətinin yeni tərkibi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, ölkənin Baş naziri vəzifəsində Elizabet Born qalıb.
Səhiyyə və təhsil nazirləri, sosial və həmrəylik üzrə dövlət katibi vəzifələrinə yeni təyinatlar olub.
Hökumətin digər üzvləri isə öz funksiyalarını davam edəcəklər.
Qeyd edək ki, sabah - iyulun 21-də Prezident Emmanuel Makronun sədrliyi ilə Yelisey sarayında yeni hökumətin üzvləri ilə ilk iclasın keçiriləcəyi gözlənilir.