Bəzən bir bank kartından digər bank kartına az bir məbləğ köçürən zaman bəzi banklar müştərilərdən kifayət qədər yuxarı həddə komissiya haqları tutur. Bu özünü başqa bankın bankomatında edilən nağdlaşdırma zamanı da göstərir. Bəs bu komissiya haqları niyə yüksəkdir? Ümumiyyətlə, bu məsələ tənzimlənə bilərmi?
Yeniavaz.com xezerxeber.az-a istinadən xəbər verir ki, insanlar əksər banklar ən sadə əməliyyatlar zamanı əlavə komissiya haqqı tutmasının normal olmadığını deyirlər.
Komissiya haqları əsasən bir bank kartından digər banka məxsus kartlara vəsait köçürülərkən, həmçinin başqa banka məxsus bankomatlarda nağdlaşdırma zamanı tutulur.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: